"Kiyevə hərbi yardım Avropanın təhlükəsizliyini təhdid edir" - Rudenko
Onun sözlərinə görə, Avropa İttifaqının ayrı-ayrı üzv dövlətləri artıq Ukrayna Silahlı Qüvvələrini hazırlamaqla məşğuldurlar. Bunu Avropa diplomatiyasının rəhbəri Cozep Borrel avqustun 30-da Praqada Aİ müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra açıq şəkildə bildirib. Hansı ki, görüşdə Avropa İttifaqının missiyası müzakirə edilib.
"Onlar bunu nəticələri düşünmədən edirlər. Borrell diplomatiya ilə heç bir əlaqəsi olmayan döyüşkən bəyanatlar verməkdə davam edir. Bu, Aİ-nin Ukraynada sülhə sərmayə qoymaq istəmədiyini və münaqişənin uzadılması siyasətini davam etdirdiyini göstərir. Bunun üçün Ukraynanı Rusiya sərhədləri yaxınlığında daimi gərginlik və qeyri-sabitlik ocağına çevirən ssenari həyata keçirilir”, - Rudenko deyib.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


