Ərdoğan:“Avropa nə əkirsə, onu da biçir”

      Ərdoğan:“Avropa nə əkirsə, onu da biçir”
  06 Sentyabr 2022    Oxunub:1751
“Avropa qarşıdan gələn qışda Rusiyadan qaz nəqlinin azalması səbəbindən ciddi problemlərlə üzləşəcək, lakin bu, öz günahıdır”.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Avropa nə əkirsə, onu da biçir. Avropa ölkələrinin Rusiya prezidenti Vladimir Putinə münasibəti və Rusiyaya qarşı sanksiyaları ölkə rəhbərini qaçılmaz olaraq belə vəziyyətə gətirib çıxarıb. Hesab edirəm ki, Avropa bu qışı ciddi problemlərlə keçirəcək. Türkiyənin indiki mərhələdə qaz təchizatı ilə bağlı problemi yoxdur”-deyə, bildirib.

AzVision.az


Teqlər: Türkiyə   Avropa  



Xəbər lenti