Peskov: “Rusiya Ukrayna ilə bağlı arqumentlərini səbrlə Türkiyəyə çatdıracaq”

      Peskov:    “Rusiya Ukrayna ilə bağlı arqumentlərini səbrlə Türkiyəyə çatdıracaq”
  06 Sentyabr 2022    Oxunub:1398
“Ankara ilə Moskva arasında Ukrayna ilə bağlı fikir ayrılıqlarına baxmayaraq, Rusiya Ukrayna mövzusu ilə bağlı arqumentlərini səbirlə Türkiyəyə çatdırmağa davam edəcək”.
AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Peskovun sözlərinə görə, Rusiya və Ukrayna tərəfləri arasında bəzi məsələlərdə, o cümlədən mövcud böhranla bağlı fikir ayrılığı var. O, Türkiyənin Rusiyanın mühüm tərəfdaşı olduğunu etiraf edərək, iki dövlət arasında əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib.

“Türkiyə bizim üçün dost ölkədir. Bu, həm beynəlxalq siyasət baxımından siyasi məsələlərdə, həm də ticari-iqtisadi əməkdaşlıq baxımından bizim çox mühüm tərəfdaşımızdır. Biz bilirik ki, Türkiyə qeyri-qanuni anti-Rusiya sanksiyalarına qoşulmayıb. Türkiyə suveren, müstəqil xarici siyasət yürüdür”.


AzVision.az


Teqlər: Rusiya   Türkiyə  



Xəbər lenti