11 yaşlı qızı xəndəkdə boğdular: Oğlanla danışırdı

      11 yaşlı qızı xəndəkdə boğdular:    Oğlanla danışırdı
  06 Sentyabr 2022    Oxunub:1125
Hindistanda yaşayan 40 yaşlı Bablu Kaşyap və həyat yoldaşı 38 yaşlı Rubi Kaşyap qızlarını öldürməklə ittiham olunurlar.
AzVision.az “Times Now News” saytına istinadən xəbər verir ki, 11 yaşlı qız 12 yaşlı oğlan uşağı ilə danışdığı üçün ailəsi tərəfindən qətlə yetirilib.

Şübhədən kənar qalmaq istəyən cütlük hüquq-mühafizə orqanlarına şikayət edərək qızlarının itkin düşdüyünü bildiriblər.

Valideynlərin hər ikisi dindirilib, lakin dediklərinin üst-üstə düşməməsi polisin diqqətini çəkib. Bu səbəbdən polislər qızın 6 yaşlı qardaşından da ifadə alıblar. Uşağın dediklərinə görə, bir gün valideynləri bacısı ilə birlikdə bazara gediblər. Evə yalnız ikisi qayıdıb.

Qətldə əli olduğunu ilk etiraf edən qızın atası olub. Övladının tez-tez qonşunun oğlu ilə danışdığını və bunun onu acıqlandığını deyib. Atanın sözlərinə görə, həyat yoldaşına qızlarını xəndəkdə boğmağı təklif edib. Beləliklə, valideyinlər uşağı qətlə yetiriblər. Qatil ata həbs olunub, ana isə vəziyyəti pis olduğu üçün xəstəxanaya yerləşdirilib. Şübhəlilər uşaq öldürməkdə ittiham olunacaqlar.

Qeyd edək ki qızın meyiti hələ də tapılmayıb.

Şəms Şahinli
AzVision.az



Teqlər:



Xəbər lenti