Rusiya səfirliyinə hücumu İŞİD edib

Rusiya səfirliyinə hücumu İŞİD edib
  06 Sentyabr 2022    Oxunub:915
Xəbər verdiyimiz kimi Əfqanıstanın paytaxtı Kabildə yerləşən Rusiya səfirliyinə hücum olub. Kabil polisi hadisə zamanı səfirliyin 2 əməkdaşının və 4 mülki şəxsin həyatını itirdiyini, yaralıların olduğunu bildirib.
Əfqanıstanın Taliban Administrasiyasının xarici işlər naziri Emirhan Muttaki hadisə ilə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrovla telefonla danışıb. Muttaki rusiyalı həmkarına başsağlığı verib və hadisə ilə bağlı ətraflı araşdırma aparılacağını qeyd edib.

“Hər iki tərəf düşmənlərin etdiyi bu cür hərəkətlərin iki ölkə arasında olan müsbət münasibətlərə mənfi təsir göstərməsinə imkan verməməlidir”, -deyə Emirhan Muttaki bildirib.
Lavrov isə partlayışın beynəlxalq cinayət təşkilatının əməli olduğunu bildirib və bununla mübarizə üçün səy göstərilməsini tələb edib.

Qeyd edək ki, İŞİD terror təşkilatı törədilən hücumun məsuliyyətini öz üzərinə götürüb.

Şəms Şahinli
AzVision.az


Teqlər:



Xəbər lenti