Türkiyə hərbçiləri Suriyada 7 terrorçunu məhv edib

Türkiyə hərbçiləri Suriyada 7 terrorçunu məhv edib
  06 Sentyabr 2022    Oxunub:658
Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı birlikləri terrorçulara qarşı növbəti dəfə uğurlu əməliyyat keçirib.
AzVision.az Türkiyə Milli Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, ordunun “Fərat qalxanı” və “Sülh çeşməsi” antiterror rayonlarında yerləşən birliklərinə terrorçular tərəfindən atəş açılıb.

Buna qarşı keçirilən antiterror əməliyyatlarında 7 PKK/YPG terrorçusu məhv edilib.

AzVision.az


Teqlər:



Xəbər lenti