Almaniya XİN: Rusiya bazarını 600 beynəlxalq şirkət tərk edib

      Almaniya XİN:    Rusiya bazarını 600 beynəlxalq şirkət tərk edib
  06 Sentyabr 2022    Oxunub:929
“600 beynəlxalq şirkət Rusiya bazarını tərk edib”.
AzVision.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Almaniyanın “Siemens” konserni Rusiya ərazisində 170 illik fəaliyyətindən sonra ölkəni tərk edib. Bundan əlavə, Berbok şirkətlərin Rusiyanı tərk etmək qərarlarını “ağrılı” adlandırıb.

AzVision.az



Teqlər:



Xəbər lenti