Qırıcını vurdu, pilotu əsir götürdü və ali orden aldı - VIDEO

   Qırıcını vurdu, pilotu əsir götürdü və ali orden aldı -  VIDEO
  06 Sentyabr 2022    Oxunub:1726
Rusiya ordusunun aviasiya hərbi hissəsinin komandirini əsir götürən ukraynalı sərhədçi mükafata layiq görülüb. AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.
"Şanslı adam" ləqəbi alan döyüşçü rus təyyarəsinin məhv edilməsindən sonra katapultla canının qurtaran pilotu əsir tuta bilib. Vurulan təyyarə isə Ukrayna hərbçilərinin mövqelərini və hava hücumundan müdafiə vasitələrinin yerini ifşa etməli imiş.

Katapult edən rus pilot əsir düşdü - VİDEO
"Lakin o, müdafiəçilərimizin sayəsində tapşırığı yerinə yetirə bilməyib. Nəticədə ekipaj katapult edib. Komandiri əsir alan sərhədçi isə dövlət suverenliyinin qorunmasına görə "Ukrayna Silahlı Qüvvələri qarşısında xidmətləri" döş nişanı ilə təltif edilib. Həmin hərbçi 10 ildən artıqdır ki, Dövlət Sərhəd Xidmətində xidmət edir. Müharibənin ilk ayında döyüşçü qardaşları ilə birlikdə cənubda sərhədi qorudu", - "Espresso" nəşri yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Pilot   Ukrayna   Orden  



Xəbər lenti