Ermənistana gələn turistlərin 45 faizi ruslar olub

   Ermənistana gələn turistlərin    45 faizi    ruslar olub
  06 Sentyabr 2022    Oxunub:949
Bu ilin yanvar-avqust aylarında Ermənistana gələn turistlərin əksəriyyəti ruslar olub.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan məlumat verib.
Nazirin sözlərinə görə, bu müddət ərzində Ermənistana 1 044 829 turist səfər edib. Eyni zamanda, turistlərin 45%-i Rusiyadan, 9%-i Gürcüstandan, 7%-i İrandan, 3%-i ABŞ-dan, 1%-i Almaniyadan gəlir.

Kerobyan həmçinin iyul və avqust aylarında Ermənistanda mehmanxana nömrələrinin kəskin çatışmazlığının olduğunu bəyan edib. Bununla əlaqədar olaraq nazir qeyd edib ki, o, bu sahənin inkişafında maraqlı olan investorlara və sahibkarlara müraciət ünvanlayıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti