"Ukrayna taxılı ilə dünyanı xilas etməyə davam edir" - Zelenski

   "Ukrayna taxılı ilə dünyanı xilas etməyə davam edir" -    Zelenski
  06 Sentyabr 2022    Oxunub:683
Ukrayna Somaliyə təxminən 30 min ton buğda göndərib.
AzVision.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski özünün “Twitter” səhifəsində yazıb.

"Ukrayna taxılı ilə dünyanı xilas etməkdə davam edir. Ukrayna taxılını Afrikaya aparan əvvəlki gəmilərə əlavə olaraq, yaxın həftələrdə Somaliyə 28,6 min ton Ukrayna buğdası gələcək", - Zelenski yazıb.

Dövlət başçısı xatırladıb ki, BMT Ukraynadakı müharibə ilə əlaqədar ilin sonunadək Somalidə aclıq olacağını proqnozlaşdırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti