Almaniya bəzi pandemiya qadağalarını ləğv etdi

Almaniya bəzi pandemiya qadağalarını ləğv etdi
  06 Sentyabr 2022    Oxunub:777
Almaniya Covid-19 tədbirləri ilə bağlı daha bir qadağanı ləğv edib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın Səhiyyə naziri Karl Lauterbax təyyarədə maska ​​tələbinin sona çatdığını açıqlayıb.

Lauterbax Almaniyanın təyyarədə maska ​​tələbini ləğv edən son ölkələrdən biri olduğunu qeyd edib.

Nazir, “Avtobus və qatarlarda maska ​​taxmaq öhdəliyi ilə bağlı danışıqlar aparmayacağıq. İnfeksiyadan Qorunma Qanununa əsasən payızda yoluxma halları kəskin şəkildə artarsa, təyyarədə də maska taxma öhdəliyi yenidən qüvvəyə minəcək”.

O, həmçinin Almaniyanın payızda infeksiyaların sayının artacağı təqdirdə qapalı və hətta açıq havada maskaların məcburi ola biləcəyinə diqqət çəkib.

AzVision.az



Teqlər:



Xəbər lenti