Paşinyanın heykəlinə 5-ci hücumdan sonra kamera quraşdırdılar

   Paşinyanın heykəlinə 5-ci hücumdan sonra kamera quraşdırdılar
  07 Sentyabr 2022    Oxunub:761
Dünən Nikol Paşinyanın bir neçə ay əvvəl İcevan-Noyemberyan avtomobil yolundan yerli kilsənin həyətinə köçürülən heykəlinin başını növbəti dəfə qoparıblar. AzVision.az xəbər verir ki, "Hraparak" nəşri yerli hakimiyyətin artıq heykəlin ətrafına kamera quraşdırdığını yazıb.
Nəşr yazır ki, məşhur heykəli hücumların olmayacağı daha təhlükəsiz yer kimi kilsənin həyətinə köçürsələr də ermənilərin 5-ci dəfə ona hücum etməsi diqqət çəkib.

Paşinyanın heykəlinin başını qopardılar - FOTO
"Yerli hakimiyyət orqanları və iş adamları bu heykəlin təmirində artıq sözün həqiqi mənasında ixtisaslaşıblar və dünən səhər tezdən onu təmir və bərpa ediblər. Hər dəfə Nikol Paşinyana qoyulan bu abidə dağıdılanda elə sürətlə təmir olunur ki, sanki erməni xalqının taleyi bu abidədən asılıdır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, vandalların baş nazirin heykəlinı hücumdan qorxması və bir daha bu cür əməllərin təkrarlanmaması üçün heykəlin yanında bir neçə kamera quraşdırılıb", - nəşr yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Heykəl  



Xəbər lenti