Ata ögey qızının kəllə sümüyünü sındırdı

   Ata ögey qızının kəllə sümüyünü sındırdı
  07 Sentyabr 2022    Oxunub:1308
Altayın Ulaqan rayonunda sərxoş kişi həyat yoldaşı ilə mübahisə zəmnində ögey qızının başına xəsarət yetirib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, münaqişə sentyabrın 4-dən 5-nə keçən gecə baş verib. Hadisə zamanı cütlük spirtli içki qəbul edib. Onların arasında mübahisə yaranıb, kişi həyat yoldaşına əl qaldırıb. Bu səbəbdən qadın evi tərk edib.

Qəzəbi soyumayan kişi mübahisəni davam etmək niyyəti ilə yataqda olan 3 yaşlı uşağı evdən çıxararaq, qadının geri qayıtmasını tələb edib.

O, uşağı 3 dəfə yerə çırparaq onun kəllə sümüyünü sındırıb. 3 yaşlı qız müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qoş-Ağaç rayon xəstəxanasına yerləşdirilib.

Ögey ata saxlanılıb, faktla bağlı cinayət işi başladılıb.

Şəms Şahinli

AzVision.az


Teqlər:



Xəbər lenti