Paşinyan regionda vəziyyətin gərginləşəcəyindən qorxur

   Paşinyan regionda vəziyyətin gərginləşəcəyindən qorxur
  07 Sentyabr 2022    Oxunub:670
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanı Cənubi Qafqaza daha çox diqqət ayırmağa çağırıb. Paşinyan beynəlxalq ictimaiyyətin və Rusiyanın diqqətinin Ukrayna məsələsinə yönəldilməsinin Cənubi Qafqazda vəziyyətin sabitliyinin pozulmasına gətirib çıxara biləcəyini iddia edib.
AzVision.az xəbər verir ki, o, bunu Vladivostokda Şərq İqtisadi Forumunun plenar sessiyasında çıxışı zamanı deyib.
Paşinyan qeyd edib ki, bəşəriyyətin tarixi “çətin zamanların zəncirindən və ardıcıllığından” ibarətdir və buna görə də o, belə bir düsturla çıxış edib: istənilən böhranlı vəziyyətlər nəinki yeni təhlükələr gətirir, həm də yeni imkanlar açır. Onun fikrincə, ölkələr və hökumətlər qarşısında duran əsas vəzifə təhdidləri idarə etmək, eləcə də fürsətləri sezmək və ələ keçirmək bacarığıdır.

- Bizim regionumuz üçün də zaman asan keçmir. Çünki uzun müddətdir mövcud olan çağırışlar getdikcə ağırlaşır... Bu, bütün dünya ictimaiyyətinin, xüsusən də strateji tərəfdaş olan Rusiyanın təhlükəsizlik sahəsində diqqətinin Ukrayna ətrafında fokuslandığı hazırkı vəziyyətlə bağlıdır. Bunun regionda sabitliyin pozulmasına gətirib çıxara biləcəyi ilə bağlı qorxular var, - Paşinyan deyiib.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti