Putin: "MAQATE ABŞ-ın təzyiqi altında atəşin haradan gəldiyini demir"
- MAQATE məsuliyyətli beynəlxalq təşkilatdır və onun rəhbəri çox peşəkar insandır. Təbii ki, onlar işlədikləri dövlətlərin, o cümlədən ABŞ, Avropa ölkələrinin təzyiqi altındadırlar və birbaşa deyə bilməzlər ki, atışlar Ukrayna ərazisindən gəlir. Bunlar məlum şeylərdir... Enerqodarda mərmilərin haradan uçduğunu görə bilərsiniz. Birbaşa su anbarının əks tərəfindən, - Putin deyib.
O vurğulayıb ki, ZAES ərazisində hərbi texnika, buradan götürüləcək heç bir şey yoxdur.
Putinin fikrincə, əsas təhlükə reaktora deyil, Zaporojye atom elektrik stansiyasındakı nüvə yanacağı anbarına vurulan zərbədir.
Tural Tağıyev
AzVision.az
Teqlər: Putin







Vaxtında, Aydın, Lazımlı!


