İrəvan metrosunda qəza: Qatarlar ancaq bir tərəfli işləyir

   İrəvan metrosunda qəza:    Qatarlar ancaq bir tərəfli işləyir
  07 Sentyabr 2022    Oxunub:688
İrəvan metrosunda elektrik enerjisinin kəsilməsi səbəbindən qatarların hərəkət qrafikində problem yaranıb. AzVision.az xəbər verir ki, bu barədə İrəvan metrosunun mətbuat xidməti məlumat yayıb.
"Sentyabrın 7-də saat 13:10 radələrində metroda elektrik enerjisinin verilişində texniki nasazlıq yaranıb. Bu səbəbdən qatarların hərəkət cədvəli pozulub", - metronun mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Qeyd olunur ki, hazırda qatarlar yalnız bir istiqamətdə işləyir. Məlumata görə, stansiyalarda normal hərəkətin bərpasını gözləyən yüzlərlə insan var. Vaqonlar son stansiya olan “Barekamutyun”a getmirlər, onlar yalnız “Sasunç David” stansiyasından “Qaregin Njde”yə doğru hərəkət edirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti