Almaniya ötən ildən Rusiyadan qaz tədarükünü azaltmağa hazırlaşır

Almaniya ötən ildən Rusiyadan qaz tədarükünü azaltmağa hazırlaşır
  07 Sentyabr 2022    Oxunub:886
Hələ 2021-ci ilin dekabrında Almaniya hakimiyyəti Rusiyadan qaz tədarükünün mümkün azaldılması və cavab tədbirləri məsələsini öyrənmişdi.
Bunu Almaniya kansleri Olaf Şolts deyib. Onun sözlərinə görə, cavab tədbirləri digər ölkələrin bu barədə düşünmədiyi bir vaxtda müzakirə edilib: “Və hələ müharibə başlamazdan əvvəl biz özümüzü diqqətlə hazırlamışdıq ki, sonradan bu vəziyyətdə artıq böyük ölçüdə həyata keçirilmiş genişmiqyaslı qərarlar qəbul edə bilək”.

O, qeyd edib ki, Almaniya Rusiya qazından tam müstəqilliyə nail olmalı və bunu tez bir zamanda etməlidir.

AzVision.az


Teqlər:



Xəbər lenti