Klintonlar qızlarını Kremldə yaddan çıxarıb gediblər

   Klintonlar qızlarını Kremldə yaddan çıxarıb gediblər
  07 Sentyabr 2022    Oxunub:1021
Hillari Klinton "The Tonight Show with Jimmy Fallon" verilişində əri Bill Klintonla Rusiyaya səfəri zamanı təsadüfən qızı Çelsini Kremldə qoyub getdiyini deyib.
Bu barədə The New York Post yazıb. Hillari Klinton və onun 42 yaşlı qızı Çelsi Klinton aparıcının bir sıra suallarını cavablandıraraq “Ana və Qız” adlı müsabiqədə iştirak ediblər. Fallon Klintondan “ailə tətilinin ən çılğın xatirəsi” haqqında soruşub. ABŞ-ın keçmiş birinci xanımı əri Bill Klintonla (o vaxtkı ABŞ prezidenti) Rusiyaya rəsmi səfəri zamanı qızlarını Kremldə unutduqlarını xatırladıb.

“Ümid edirəm ki, o (Çelsi – Red) bunu xatırlamır, çünki bu, olduqca travmatik bir təcrübə idi. Bill prezident olanda biz onu Rusiyaya dövlət səfərinə apardıq və rəsmi vida mərasimi oldu, Billlə məni hava limanına göndərmək üçün böyük limuzinə mindirdilər. Onu orada qoyub getdiyimizi bilmirdik”.

AzVision.az



Teqlər:



Xəbər lenti