Şolts: “Almaniya Ukraynanı ən müasir silahlarla təmin edir”

      Şolts:    “Almaniya Ukraynanı ən müasir silahlarla təmin edir”
  07 Sentyabr 2022    Oxunub:917
Almaniya kansleri Olaf Şolts Bundestaqda keçirilən plenar iclasda bildirib ki, Berlin Kiyevi hazırda ölkənin şərqindəki döyüşlərdə ehtiyac duyduğu ən müasir silahlarla təmin edir.
Kansler Almaniyanın Ukraynanı artilleriya və hava hücumundan müdafiə sistemləri ilə təmin etdiyinə diqqət çəkib:

“Bu, indi Ukraynanın şərqindəki döyüşlərdə lazım olan ən müasir silahdır. Biz bunu davam etdirəcəyik. Almaniya uzun müddətdir ki, bu ölkənin Silahlı Qüvvələrinə səmərəli dəstək verir”.
Almaniya rəhbəri onu da vurğulayıb ki, Ukraynaya yardım göstərmək lazım olduğu müddətcə Almaniyanın məsuliyyətidir.

AzVision.az


Teqlər:



Xəbər lenti