Azərbaycan Avropa İttifaqının keçirəcəyi toplantıya dəvət ediləcək
İclasda müzakirə olunacaq əsas mövzular Rusiyanın Ukraynaya hücumu, enerji böhranı və iqtisadi vəziyyət olacaq. Fransa prezidenti Emmanuel Makron tərəfindən təklif edilən “Avropa Siyasi Birliyi”nin ilk iclası oktyabrın 6-da günorta və axşam Praqada Aİ Sammiti çərçivəsində keçiriləcək. Növbəti gün Aİ liderləri sammit çərçivəsində görüşlər keçirəcək.
Oktyabrın 6-da “Avropa Siyasi Birliyi”nin iclası açılış sessiyası ilə başlayacaq və dəyirmi masa müzakirələri ilə davam edəcək. Görüşlərdə təhlükəsizlik, sabitlik, enerji, iqlim, nəqliyyat və iqtisadiyyat kimi bir çox mövzu müzakirə olunacaq. Liderlərin ikitərəfli danışıqlar aparacağı günün sonunda şam yeməyi veriləcək.
“Avropa Siyasi Birliyi” ideyası iyun ayında keçirilən Avropa İttifaqı Liderlərinin Zirvə toplantısında Fransa prezidenti Emmanuel Makron tərəfindən gündəmə gətirilib. Aİ rəhbərliyi bu ideyanın liderlər tərəfindən qəbul edildiyini bildirib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


