Bu gün "Hraparak" nəşri növbəti erməni vandallığının haradan qaynaqlanmasını araşdırıb. Məlum olub ki, bu insident heç kimi maraqlandırmır.
"Bir ay əvvəl milli qəhrəman Leonid Azqaldiyanın abidəsinin dağıdılması üzə çıxdı. İndi isə görkəmli ermənilərin abidələrinə keçiblər. Biz Jermukun memarı Arsen Qarnikyanla rayonun mərkəzi parkında Komitas, Sevak, Tumanyan, Aram Xaçatryan, Martiros Saryan və onlarla başqalarına ucaldılmı büstlərin təhqir olunması ilə bağlı danışdıq.
Onun sözlərinə görə, vandalizm aktının baş verdiyi binanın öz sahibi var. Memar deyib ki, bu bina artıq dörd dəfə satılıb. Binanın sahibləri dəyişib və indi kimə aid olduğunu bilmir. Ona görə də nə memarın, nə də bələdiyyənin bu istiqamətdə hər hansı addım atmağa rıçaqları yoxdur", - nəşr yazıb.
Tural Tağıyev
AzVision.az