Əlləri zibil torbasında, böyrəyi isə soyuducuda tapıldı - Dəhşətli qətl

   Əlləri zibil torbasında, böyrəyi isə soyuducuda tapıldı -    Dəhşətli qətl
  08 Sentyabr 2022    Oxunub:1098
Müharibənin davam etdiyi Ukraynada baş verən qorxunc cinayət ölkənin gündəmini zəbt edib. Ukraynalı vəkil Pyotr Begun 39 yaşlı nişanlısı Olha Davydenkonu boğaraq qətlə yetirib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, o, sübutlardan qurtulmaq üçün qadının meyitini hissələrə ayıraraq, onun bəzi bədən üzvlərini gölməçəyə atıb. Begunun velosipedlə şübhəli çantalar daşıdığı gözdən yayınmayıb. Qadının çanaq sümüyü və onurğasının bir hissəsi gölməçəyə atılan çamadanda, kəsilmiş əlləri və ayaqları isə zibil torbasında tapılıb.

O, xanımının böyrəklərini və cinsi orqanını isə soyuducuda saxlayıb. Mübahisə zəminində nişanlısını öldürdüyünü etiraf edən Pyotr Bequnun 15 ilə qədər həbs cəzası alması gözlənilir.
Qeyd edək ki, 39 yaşlı “qəssab” 2019-cu ildə ölkəsində yayımlanan evlilik proqramına “potensial ər” olaraq qatılıb.

Sözügedən proqramda özü haqqında bunları qeyd edib: “Şən, dostcanlı, xoşbəxt, aktiv, çevik, bilikli, yaradıcı, yumor hissinə sahib olan biriyəm. Düşünməyə və yaratmağa çalışıram, tez öyrənirəm, idmanla məşğul olur və sağlam həyat tərzi keçirtməyə çalışıram”.

Şəms Şahinli
AzVision.az




Teqlər:



Xəbər lenti