İsveçrədə evini 19 dərəcədən çox qızdıranları həbs edəcəklər

   İsveçrədə evini 19 dərəcədən çox qızdıranları    həbs edəcəklər
  08 Sentyabr 2022    Oxunub:2472
Ukrayna müharibəsi Avropada ciddi qaz böhranı yaradıb. AzVision.az xəbər verir ki, artıq bəzi ölkələr əhaliyə indidən qaz və elektrik enerjilərinə qənaət etməyə çağırışlar edib.
Dünən isə məlum olub ki, İsveçrə qazdan istifadə ilə bağlı ən sərt qaydalar tətbiq edəcək. "DailyMail" nəşrinin yaydığı məlumata görə, hökumət Ukraynadakı müharibə səbəbindən ölkəni normal şəkildə qazla təmin etmək məcburiyyətində qalacağı təqdirdə bəzi vətəndaşlara qarşı həbs cəzalarına da əl ata bilər. Əgər kimsə evini 19 dərəcədən yuxarı qızdıracaqsa, onu 3 ilə qədər məhbəs həyatı gözləyəcək.

Rusiya Aİ ölkələrinə qaz tədarükünü 48% azaldıb
"Bu ölkə təklif olunan yeni qaydaları pozanlara cərimə də tətbiq edə bilər. "Blick"ə danışan Federal Maliyyə Departamentinin sözçüsü Markus Sporndli hətta gündəlik cərimələrin 30 frank səviyyəsindən başlaya biləcəyini deyib", - nəşr yazıb

O əlavə edib ki, maksimum cərimə 3000 İsveçrə frankı (2667 funt sterlinq) ola bilər. Bundan başqa, qaz tədarükü kvotasını bilərəkdən aşan şirkətlər də cəzalandırıla bilər.

Görüləcək potensial tədbirlərə əsasən, qazla qızdırılan binalarda temperatur 19°C-dən (66.2F) və suyun istiliyi 60°C-dən (140F) çox ola bilməz.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Qaz   Avropa   Həbs  



Xəbər lenti