ABŞ Ermənistandakı vətəndaşlarına növbəti dəfə xəbərdarlıq etdi

 ABŞ Ermənistandakı vətəndaşlarına növbəti dəfə xəbərdarlıq etdi
  08 Sentyabr 2022    Oxunub:965
Amerika Birləşmiş Ştatları Ermənistandakı vətəndaşlarını diqqətli olmağa çağırıb. AzVision.az xəbər verir ki, bu barədə ABŞ səfirliyi məlumat yayıb.
“Rusiya aviadaşıyıcıları Ermənistanda fəaliyyətini davam etdirir. ABŞ səfirliyi ABŞ vətəndaşlarını məlumatlandırır ki, Federal Mülki Aviasiya Administrasiyası (FAA) Rusiya Mülki Aviasiya Administrasiyasının Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO)aviadaşıyıcıların monitorinqi üzrə təhlükəsizlik standartlarına cavab verməməsi səbəbindən Moskvanın aviasiya təhlükəsizliyi reytinqini aşağı salıb", - səfirliyin məlumatında deyilir.

Həmçinin qeyd edilir ki, bu FAA-nın uçuş təhlükəsizliyi reytinqi Ermənistanın aviadaşıyıcılarına məxsus və ya istismar edilən təyyarələrə şamil edilmir.

İrəvanda terror təhlükəsi: ABŞ vətəndaşlarına xəbərdarlıq etdi
“Bunu nəzərə alaraq, diplomatik missiya ABŞ vətəndaşlarını Rusiya aviadaşıyıcılarının səlahiyyətlərinə aid olmayan səyahət variantlarını nəzərdən keçirməyə, faa.gov saytındakı yenilikləri izləməyə çağırır”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, ABŞ səfirliyi bir ay öncə də Ermənistanda yaşayan vətəndaşlarına terror təhlükəsiz barədə xəbərdarlıq etmişdi

Tural Tağıyev
AzVision.az



Teqlər:   ABŞ   Səfirlik  



Xəbər lenti