Politico: Putinin strategiyası Avropanı sanksiyaları yumşaltmağa məcbur edəcək

      Politico:    Putinin strategiyası Avropanı sanksiyaları yumşaltmağa məcbur edəcək
  08 Sentyabr 2022    Oxunub:573
Rusiya prezidenti Vladimir Putinin uğurlu siyasəti Avropa İttifaqına başa saldı ki, Qərb gec-tez anti-Rusiya sanksiyalarını yumşaltmağa məcbur olacaq.
Bu fikri Amerikanın Politico nəşrinin köşə yazarı Metyu Karniçniq söyləyib. Onun sözlərinə görə, “yaxınlaşan tufan” avropalı siyasətçilərə “acı həqiqəti” görməyə imkan verib. Belə ki, Rusiya və Ukrayna mübarizə apararkən, Moskva Avropaya qarşı mübarizədə öz mövqeyini qoruyur.

“ZamanMoskvanın tərəfindədir. Qarşıdakı həftələrdə və qış yaxınlaşdıqca aylarda temperatur aşağı düşdükcə, avropalılar təbii qazın qiymətlərinin artmasının ağır yükünü hiss etməyə başlayacaqlar”.

Jurnalist qeyd edib ki, hazırkı vəziyyətdə Almaniya, Fransa, Böyük Britaniya və Polşa sakinləri Ukraynada baş verənlərdən daha çox yaşayış qiymətindən narahatdırlar.

AzVision.az



Teqlər:



Xəbər lenti