İran diplomatları səfirliyin önündə naməlum sənədləri yandırdılar

   İran diplomatları səfirliyin önündə naməlum sənədləri yandırdılar
  08 Sentyabr 2022    Oxunub:693
İran diplomatları Albaniyanın paytaxtından yola düşərkən ofisdə saxlanılan sənədləri yandırıblar. Diplomatların gedişinin səbəbi ölkələr arasında diplomatik münasibətlərin kəsilməsi olub.
AzVision.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, bu gün İran səfirliyinin qarşısından təsadüfən keçənlər əməkdaşların həyətdəki metal çəlləkdə sənədləri yandırmalarının şahidi olublar. Söhbətin hansı sənədlərdən getdiyi və nə qədər sənədin məhv edilməsi barədə məlumat verilmir.

Xatırladaq ki, bir gün əvvəl Albaniyanın baş naziri Edi Rama videomüraciət yayaraq, iranlı diplomatlara səfirliyi bağlamağı və 24 saat ərzində ölkəni tərk etməyi əmr etdiyini bildirib. Rama Tehranı Albaniyanın dövlət qulluğu xidmətlərinə qarşı kiberhücum cəhdində ittiham edib. İran isə kiberhücum iddialarını rədd edib və diplomatik münasibətlərin kəsilməsi qərarını qeyri-adekvat adlandırıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti