Blinken Kiyevdə Ukraynanın XİN rəhbəri ilə görüşdü

 Blinken Kiyevdə Ukraynanın XİN rəhbəri ilə görüşdü
  08 Sentyabr 2022    Oxunub:649
ABŞ dövlət katibi Entoni Blinken Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparıb.
Bu barədə Bloomberg məlumat yayıb. Blinken xarici işlər naziri Dmitri Kuleba ilə yarım saata yaxın danışıb. Bundan əlavə, ABŞ dövlət katibi Kiyevdəki uşaq xəstəxanasına baş çəkib, burada bəzi xəstələrlə və Ukrayna hərbçilərinə 200-dən çox mina tapmağa kömək edən Patron iti ilə görüşüb.

Blinken üçün bu, fevralın 24-də Rusiya hərbi əməliyyatlarının başlamasından bəri Ukraynaya üçüncü səfərdir.

AzVision.az


Teqlər:



Xəbər lenti