"Ordumuz 20-dən çox yaşayış məntəqəsini azad edib" - Qromov

   "Ordumuz 20-dən çox yaşayış məntəqəsini azad edib" -    Qromov
  08 Sentyabr 2022    Oxunub:673
Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətində 20-dən çox yaşayış məntəqəsini azad edib.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Aleksiy Qromov məlumat verib.

"Hazırda hərbçilər düşməni müdafiə xəttindən 50 km dərinliyə itələyiblər. Bir sıra yaşayış məntəqələrində "filtrasiya" işləri davam etdirilir.

Xarkov istiqamətində aktiv əməliyyatlar zamanı 20-dən çox yaşayış məntəqəsi azad edilib”, - Qromov deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti