Britaniyanın yeni kralı III Çarlz adlandırılacaq
"Elizabet Böyük Britaniyanın üzərində qurulduğu qayadır. Onun sayəsində ölkəmiz böyükdür. Kraliça Britaniyanın ruhu idi və həmişə belə olacaq”, - deyə Truss bildirib.
***
Böyük Britaniya kraliçası II Elizabetin ölümündən sonra taxt-tac oğlu Çarlza keçəcək.
AzVision.az xəbər verir ki, Britaniya taxt-tacı varislik aktına görə, Elizabet Çarlzın böyük oğluna keçir. Noyabrda onun 74 yaşı tamam olacaq.
Qeyd edək ki, bu gün Kraliça II Yelizaveta 96 yaşında vəfat edib. Britaniya bayraqları bütün ölkə ərazisində yarıya qədər endirilib, əyləncə proqramları medianın yayım şəbəkələrindən çıxarılıb.
Tezliklə Liz Truss xalqa müraciət edəcək, Çarlz isə radioda çıxış edəcək.
Kraliça II Yelizaveta on gündən sonra dəfn olunacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


