Die Welt: Almaniyada iqtisadi qeyri-sabitlik, etirazlar başlaya bilər

      Die Welt:    Almaniyada iqtisadi qeyri-sabitlik, etirazlar başlaya bilər
  09 Sentyabr 2022    Oxunub:821
Artan qiymətlər və iqtisadi qeyri-sabitliyin nəticələri Almaniyada Fransadakı sarı jiletlilər hərəkatı ilə müqayisə olunan genişmiqyaslı sosial etirazlara səbəb ola bilər.
Bu barədə “Die Welt” nəşri alman ekspertlərinə istinadən xəbər verir. “Qiymətlərin artması və iqtisadi qeyri-sabitlik bütün dünyada sosial narazılıq riskini artırır. Məmnuniyyət reytinqi də Almaniya üçün açıq-aşkar pisləşməni göstərir. Kritik hədd keçillib və növbəti hədd qaçılmazdır” - məlumatda vurğulanıb.

Materialın müəllifləri qeyd edirlər ki, almanlar narazılıqlarını etirazlarla ifadə etmək istəyi ilə xarakterizə olunmurlar. Lakin yeni etiraz hərəkatının yaranma ehtimalı yüksək olaraq qalır.

Etiraz əhval-ruhiyyəsinin artmasının əsas arqumenti kimi tədqiqatçılar Almaniyanın sosial sabitlik indeksini göstərirlər - bu göstərici 2022-ci ilin üçüncü rübündə demək olar ki, bir bənd aşağı düşüb və Bosniya və Herseqovinadan aşağı olub.


AzVision.az


Teqlər:



Xəbər lenti