NATO Rusiyaya xəbərdarlıq etdi

   NATO Rusiyaya xəbərdarlıq etdi
  09 Sentyabr 2022    Oxunub:609
“NATO şərq sərhədində yeni qüvvələr yerləşdirir və Rusiyaya öz ərazisini müdafiə edəcəyinə dair aydın siqnal göndərir”.
Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq, Brüsseldə ABŞ dövlət katibi Entoni Blinkenlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, NATO alyansın şərq hissəsində mövcudluğunu əhəmiyyətli dərəcədə gücləndirir.

“Eyni zamanda, biz Moskvaya aydın siqnal göndəririk ki, NATO müttəfiqlərin ərazisinin hər qarışını qoruyacaq. Təşkilat uzunmüddətli perspektivdə Ukraynaya kömək edəcək, onun sovet silahlarından Qərb silahlarına keçməsini təmin edəcək”.

AzVision.az


Teqlər:



Xəbər lenti