ABŞ-dan İranın kəşfiyyatına və onun rəhbərinə qarşı sanksiyalar
Qurum iddia edir ki,2007-ci ildən bəri dünya üzrə bir sıra dövlət və özəl təşkilatları və müxtəlif əsas infrastruktur sektorlarını hədəf alan zərərli kiber əməliyyatlar həyata keçirib.
Nazirliyin məlumatına görə, bu ilin iyulunda kibertəhlükə iştirakçılarının İran hökuməti tərəfindən maliyyələşdirildiyi aşkarlanıb. Kəşfiyyat Albaniya hökumətinin kompüter sistemini sıradan çıxarıb və nəticədə ölkə əhalisinə onlayn xidmətlərin müvəqqəti dayandırılmasına səbəb olub.
ABŞ Maliyyə Nazirliyi həmçinin qeyd edir ki, hakerlər Albaniya hökumətinə aid olduğu güman edilən sənədlərin və vətəndaşlara aid şəxsi məlumatların sızdırılmasına görə məsuliyyət daşıyırlar.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


