Bayden fövqəladə vəziyyət rejimini bir il uzatdı

   Bayden fövqəladə vəziyyət rejimini bir il uzatdı
  10 Sentyabr 2022    Oxunub:828
ABŞ prezidenti Co Bayden 11 sentyabr 2001-ci il hücumlarından sonra ölkədə tətbiq edilən fövqəladə vəziyyət rejimini bir il müddətinə uzadıb.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Vaşinqtonun Baş Qərargah rəisinin ABŞ Konqresinə göndərdiyi bildirişdə vurğulanıb ki, "terror təhlükəsi davam etdiyi üçün 2001-ci il sentyabrın 14-də elan edilmiş fövqəladə vəziyyət” daha bir il müddətinə uzadılıb.

Qeyd edək ki, terrorçuların təyyarələri qaçıraraq Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzinin qüllələrinə hücumundan üç gün sonra ABŞ-da fövqəladə vəziyyət elan edilib. Terror aktı nəticəsində ümumilikdə 3 minə yaxın insan həlak olub.

AzVision.az



Teqlər:



Xəbər lenti