Erməni sahibkarlar etiraz aksiyası keçiriblər - VİDEO

   Erməni sahibkarlar etiraz aksiyası keçiriblər -    VİDEO
  10 Sentyabr 2022    Oxunub:770
Ermənistanda iş adamları növbəti dəfə etiraz aksiyası keçiiblər. AzVision.az xəbər verir ki, “Petak” ticarət mərkəzində çalışan və ya burada obyektləri olan sahibkarlar səhər saatlarında bir yerə toplanaraq öz haqlarını tələb ediblər.
Onlar Kristafor küçəsinin bir hissəsinin məlum Surmalu faciəsindən sonra nəqliyyatın hərəkətinə bağlanmasından şikayətlənirlər. İndiki durum "Petak" və "Surmalu"ya gedən insan axınını dayandırıb, ticarəti əngəlləyib.

İrəvan ticarət mərkəzlərini bağlayıb: Sahibkarlar etiraz edir- VİDEO
Xatırladaq ki, avqustun 22-də də "Petak"dakı sahibkarlar etiraz aksiyası keçirmişdilər. Onlar "Surmalu" ticarət mərkəzində baş vermiş partlayışdan sonra bəzi bazar və molların təhlükəsizlik tədbirlərinin zəif olması səbəbindən bağlanmasına etiraz etmişdilər. Həmin bazarlar arasında "Petak"ın da adı var idi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Etiraz-Aksiyası   Ermənistan  





Xəbər lenti