Almaniyanın XİN lideri Kiyevə gedib

   Almaniyanın XİN lideri Kiyevə gedib
  10 Sentyabr 2022    Oxunub:788
Almaniyanın xarici işlər naziri Annalena Burbok bu gün Kiyevə gəlib.
AzVision.az DPA Agentliyinə istinadən xəbər verir ki, bu, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından bəri onun ikinci səfəridir.

Agentlik yazır ki, nazir səfəri ilə "Almaniya Ukraynaya lazım olan qədər - silah, humanitar və maliyyə yardımı ilə dəstəyini davam etdirəcəyini" göstərmək istəyib.

Kiyevdə Burbok Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə danışıqlar aparmaq niyyətindədir. Agentlik bildirib ki, proqramın qalan hissəsi əvvəlcə təhlükəsizlik baxımından gizli saxlanılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti