"Serb qəssabı" ləqəbli general xəstəxanada, vəziyyəti ağırdır
Qeyd edək ki, "Serb qəssabı" ləqəbli general Ratko Mladiç Serbiya Ordusunun müharibə cinayəti, insanlıq əleyhinə cinayət və soyqırımda təqsirləndirilir.
1942-ci il mart ayında Xorvatiyanın Bojanoviçi kəndində anadan olub. Milliyyətcə serbdir. 1992-1995-ci illərdə Serbiya Respublikası Ordusunun Qərargah rəisi, Yuqoslaviyanın dağılması zamanı serblərin liderlərindən biri olub. Xorvatiyada, Bosniya və Herseqovinada gedən müharibələr zamanı bir sıra əməliyyatlara başçılıq edib.
1996-cı ildə Mladiç Serbiyanın başqa liderləri ilə birlikdə Haaqa Beynəlxalq Tribunalı tərəfindən Sarayevonun mühasirəsi, həmçinin Srebrenitsada qətliamla bağlı müharibə cinayətləri və soyqırımda ittiham edilib. 2011-ci ildə Mladiç Serbiyada həbs edilərək Haaqa məhkəməsinə təhvil verilib. 2017-ci il noyabrın 22-də Haaqa Tribunalı Mladiçi soyqırım, müharibə cinayətləri və insanlığa qarşı cinayətlərdə təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib. 2021-ci il iyunun 8-də Apellyasiya Məhkəməsi Mladiçin apellyasiya şikayətini təmin etməyib və ömürlük həbs cəzasını qüvvədə saxlayıb.
1991-1995-ci illərdə keçmiş Yuqoslaviyada baş verən vətəndaş müharibəsi zamanı serb ordusunun 1995-ci ilin iyulunda ən azı 8300 bosniyalı müsəlmanın Srebrenitsa şəhərində qətlə yetirib. BMT və dünyanın bir çox dövləti bu vəhşiliyi soyqırım olaraq tanıyır.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


