ABŞ-ın xüsusi nümayəndəsi Türkiyə ilə dialoq barədə məlumatlandırılıb

ABŞ-ın xüsusi nümayəndəsi Türkiyə ilə dialoq barədə məlumatlandırılıb
  10 Sentyabr 2022    Oxunub:725
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri, ABŞ-ın Qafqaz danışıqları üzrə xüsusi nümayəndəsi Filip Rikeri qəbul edib.
AzVision.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Rubinyan Rikerə Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesinin hazırkı mərhələsini və Ermənistanın mövqeyini təqdim edib.

Görüş zamanı Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin əldə etdiyi razılaşmaların həyata keçirilməsinin vacibliyi qeyd edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti