"Pastinfo" bu diqqət çəkən açıqlama ilə bağlı Xocalı qatillərindən olan keçmiş erməni komandir və deputat Sasun Mikaelyana bir neçə sual ünvanlayıb. AzVision.az bu maraqlı müsahibəni təqdim edir.
- Paşinyan dedi ki, generallar baş nazirin əmrlərini rəhbər tutmayıblar, haradansa başqa yerdən "eşitdikləri" əmrlərlə davranıblar. Qərarlar haradan gələ bilərdi?
- Bilmirəm. Bu, hüquqşünasların, sistem işçilərinin qərarıdır, görək nə tapacaqlar.
|
| Erməni qadın Xocalı qatilinə satqın dedi - VİDEO |
- Bu suala indi cavab vermək istəmirəm. Çünki bu, ciddi problemdir. Zamanla hər şey aydınlaşacaq. İndi dörd partiya bir-birinə "satqın" deyə qışqırır. Sonda özümüz başa düşməliyik ki, kim nə edib, kim nəyə cavab verməlidir.
- Yəni sizcə, bu, xəyanət idi?
- Yuxarı orqanlarda otuz nəfər ittiham olunan varsa, necə olmasın? Otuz yaşlı zabiti "vətənə xəyanət" ittihamı ilə həbs edirlər. Qoy aydınlatsınlar ki, o kim olub.
- Sizcə, araşdırmalar, ekspertizalar obyektiv olacaqmı?
- Dedim axı, qüvvələr dörd yerə bölünüb, bir-birinin üstünə "satqın" deyib qışqırırlar. Həqiqəti bilən varsa, qoy desin ki, "xəyanəti bu adam edib".
- Mikael Arzumanyan və Cəlal Arutyunyana qarşı iş başlanıb. Nikol Paşinyan isə müharibə zamanı baş komandan olub. Sizcə, generallar məğlubiyyətə görə cavab verəcəklərsə, o da cavab verməlidirmi?
- Hətta Sasun Mikaelyan belə səhv edibsə, cavab verməlidir. Bəli, elə bir şey yoxdur ki, kimsə cavab verməsin. 4 min uşağımız öldürüldü, torpaqlar əldən getdi. Kimsə xəyanət edibsə, başı və ayaqları ilə də cavab verməlidir.
Xatırladaq ki, Sasun Mikaelyan 1992-ci ildə Xocalıda dinc azərbaycanlılara qarşı vəhşiliklər törədən keçmiş döyüşçülərdən biridir. 1958-ci ildə anadan olan Mikaelyan birinci Qarabağ müharibəsində "Sasun” adlı terrorçu qruplaşma yaradaraq Azərbaycana qarşı vuruşub. O, həmçinin Ermənistanda bələdiyyə sədri və deputat seçilib. 2008-ci ildə Koçaryan hakimiyyətinə qarşı çıxdığı üçün həbs olunub. Nikol Paşinyanın partiyasından deputat seçilib.
Mikaelyan ikinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar zamanı ağır yaralanmışdı.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


