Popovadan qələbə paylaşımı: "Kupyansk Ukraynadır!"

   Popovadan qələbə paylaşımı:    "Kupyansk Ukraynadır!"
  10 Sentyabr 2022    Oxunub:691
Ukrayna hərbçiləri Xarkov vilayətindəki Kupyansk şəhərini rus işğalçılarından azad ediblər.
AzVision.az xəbər verir ki, bu barədə Xarkov Regional Şurası sədrinin müşaviri Nataliya Popova sosial şəbəkələrdə məlumat yayıb.

"Kupyansk Ukraynadır. Ukrayna Silahlı Qüvvələrinə eşq olsun", - Popova deyib.

Ukrayna rəsmisi həmçinin Kupyansk Şəhər Şurasının binası qarşısında mavi və sarı rəngli bayrağa bürünmüş ukraynalı hərbçilərin fotosunu dərc edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  



Xəbər lenti