BMT dünyanı Pakistana yardım etməyə səsləyib

 BMT dünyanı Pakistana yardım etməyə səsləyib
  10 Sentyabr 2022    Oxunub:750
BMT-nin baş katibi Antoniu Quterreş dünya ölkələrini Pakistana köməyə çağırıb.
AzVision.az xarici mediaya istinadən xəbər verir ki, baş katib Pakistanın Sind əyalətinin daşqından zərər çəkmiş bölgələrinə səfər edib və digər ölkələrin yardım göstərməsinin vacibliyini vurğulayıb.

Quterreş Pakistandakı fəlakətlə bağlı digər ölkələr arasında məlumatlılığın artırılması üçün səy göstərəcəyini vurğulayıb.

"Bu, ədalət məsələsidir", - Quterreş deyib.

Pakistanın Təbii Fəlakətlərin İdarə Edilməsi üzrə Milli İdarəsinin məlumatına görə, iyunun ortalarından bu yana güclü musson daşqınları nəticəsində 1 396 nəfər ölüb, 12 728 nəfər xəsarət alıb, 1 743 345 evə ziyan dəyib.

AzVision.az



Teqlər: BMT   Pakistan  



Xəbər lenti