Polşa Baş naziri Almaniyanın Ukrayna siyasətini sərt tənqid edib
“Berlinin həmişə öyündüyü Almaniyanın enerji siyasətinin bərbad olduğu aydınlaşır. Kömür və nüvə enerjisinin mərhələli şəkildə dayandırılması vaxtından əvvəl idi və bizə “Şimal axını” və “Şimal axını - 2”nin tikintisi və bununla bağlı Rusiyadan asılılıq barədə danışmağa belə ehtiyac yoxdur. Almaniya siyasəti Avropaya böyük ziyan vurdu.”-deyə, o bildirib.
Polşanın baş naziri Almaniya hakimiyyətinin Ukraynadakı vəziyyətlə bağlı mövqeyini tənqid edib:
“Almanların, xüsusən də müharibənin ilk aylarında tutduğu mövqe çox məyusedici idi. Biz əminik ki, Ukrayna təkcə öz yaşaması üçün deyil, həm də Avropanın azadlığı üçün mübarizə aparır. Almaniyanın enerji siyasətindəki səhvlərini belə gec etiraf etməsi Polşa tərəfini məyus edib. Rusiya boru kəmərlərindən silah kimi istifadə edir və Almaniya həmişə Moskvaya qarşı çox yumşaq davranıb, Rusiyaya boyun əyir”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


