İstanbulda atışma: Bir neçə azərbaycanlı yaralanıb - VİDEO

      İstanbulda atışma:    Bir neçə azərbaycanlı yaralanıb -  VİDEO
  12 Sentyabr 2022    Oxunub:2162
Türkiyənin İstanbul şəhərində də baş verən atışma zamanı bir neçə azərbaycanlı yaralanıb. Yerli media yazır ki, hadisə şəhərin Sarıyer rayonunda yerləşən kafelərin birində baş verib. İki qrup arasında mübahisə atışma ilə nəticələnib.
Silahlı insident zamanı 4-ü Azərbaycan, 1-i İran vətəndaşı olmaqla 6 nəfər xəsarət alıb.

Hadisə yerinə xeyli sayda polis əməkdaşı və təcili tibbi yardım cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilir. İnsidentin hansı səbəbdən baş verdiyi hələ məlum deyil.




Teqlər: Kriminal  



Xəbər lenti