Almaniya müdafiə xərclərini artırır

   Almaniya müdafiə xərclərini artırır
  12 Sentyabr 2022    Oxunub:771
Almaniya hökuməti müdafiə xərclərini artırmaq niyyətinidir.
Bunu Almaniyanın müdafiə naziri Kristina Lambrext bəyan edib. Onun sözlərinə görə, NATO Almaniya üçün təhlükəsizliyin təminatçısıdır, ona görə də alyans üzvləri arasında müdafiə üzrə maliyyə yükünün bölüşdürülməsi çərçivəsində rəsmi Berlin bu xərc maddəsini artırmağı planlaşdırır.

“NATO bizim təhlükəsizliyimizin dayağı olaraq qalır. Biz bu ittifaqı dəstəkləməli, gücləndirməli və dəyərləndirməliyik. Biz, avropalılar, əgər özümüz özümüzü daha təhlükəsiz hiss etmək və Amerikaya öz öhdəliklərini dərk edən fəal müttəfiq olduğumuzu göstərmək istəyiriksə, NATO-da daha da güclənməliyik. Bundan sonra müdafiəyə daha çox pul xərcləməyə məcbur olacağıq”.

Nazir əlavə edib ki, ölkənin müdafiə büdcəsi ÜDM-in 2%-i qədər artırılacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti