BMT-də Ukraynadakı vəziyyət nəzərdən keçiriləcək

 BMT-də Ukraynadakı vəziyyət nəzərdən keçiriləcək
  12 Sentyabr 2022    Oxunub:801
Cenevrədə BMT-nin İnsan Hüquqları Komitəsi 4 həftəlik sessiyaya başlayıb. Sessiyada əsasən Ukraynadakı vəziyyət nəzərdən keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidmətinin məlumatında deyilir.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarının səlahiyyətlərini icra edən Nada əl-Naşif Ukraynanın hər yerində mülki əhalinin əziyyət çəkdiyini və müharibənin 200 gün davam etdiyini vurğulayıb.

Əl-Naşif vurğulayıb ki, müharibənin təkcə ölkələr üçün dağıdıcı təsiri yoxdur. Eyni zamanda dünyanın ən kasıb ölkələrinin bəzisində yanacaq çatışmazlığı və ərzaq təhlükəsizliyinə ciddi təhlükə yaranıb.

Onun sözlərinə görə, Rusiya hakimiyyətinin Ukraynadakı müharibəni tənqid edənlərə qarşı hədə-qorxu, məhdudlaşdırıcı tədbirlər və sanksiyalar tətbiq etməsi, jurnalistlərə qarşı təzyiqlər, internet məhdudiyyətləri və senzuranın digər formaları fundamental azadlıqları pozur.

AzVision.az



Teqlər:



Xəbər lenti