Pakistanda sel faciəsi: Xəstələrin sayı 1 milyonu ötdü

   Pakistanda sel faciəsi:    Xəstələrin sayı 1 milyonu ötdü
  12 Sentyabr 2022    Oxunub:991
Pakistanda 1400 nəfərin ölümünə səbəb olan şiddətli yağışlardan sonra baş verən sel fəlakəti epidemiya təhlükəsi yaradıb.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Sindh Səhiyyə İdarəsi ölkədə 1 milyon 79 min insanın epidemiyaya yoluxduğunu açıqlayıb.

Bildirilib ki, son 24 saat ərzində 12 min 819 nəfərdə astma və müxtəlif döş qəfəsi xəstəlikləri, 14 min 339 nəfərdən çox adamda isə müxtəlif dəri xəstəlikləri aşkarlanıb.

Səhiyyə Departamenti həmçinin 15 844 ishal, 2 310 malyariya, 4 ilan dişləməsi və 13 it dişləməsi hallarının aşkar edildiyini açıqladı. Bundan başqa, 19 min 179 nəfərdə müxtəlif göz xəstəlikləri, 23 min 237 nəfərdə isə digər xəstəliklər aşkar edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti