Makron: "Ukrayna taxılının böyük hissəsi kasıb ölkələr üçün nəzərdə tutulub"

   Makron:    "Ukrayna taxılının böyük hissəsi kasıb ölkələr üçün nəzərdə tutulub"
  12 Sentyabr 2022    Oxunub:677
Avropa İttifaqının iştirakı ilə Ukraynadan çıxarılan taxıl ən çox ehtiyacı olan və yoxsul ölkələr üçün nəzərdə tutulub.
AzVision.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə görüşdən əvvəl keçirdiyi mətbuat konfransında deyib.

“Biz qlobal ərzaq böhranını və bu kontekstdə Avropanın səylərini, xüsusən də Ukraynadan quru və su nəqliyyatı ilə daha çox taxılın ən ehtiyacı olan ölkələrə ixracına imkan verən həmrəylik yollarını müzakirə edəcəyik" Makron əlavə edib.

Makron dəniz yolu ilə müqayisədə Avropa ölkələrinin bu günə qədər təşkil etdiyi marşrutlar vasitəsilə Ukraynadan daha çox taxıl ixrac edildiyini vurğulayıb.

AzVision.az



Teqlər:



Xəbər lenti