Kraliçanın zinət əşyaları kimə qalacaq?

   Kraliçanın zinət əşyaları kimə qalacaq?
  12 Sentyabr 2022    Oxunub:1060
96 yaşında vəfat edən Böyük Britaniya Kraliçası II Elizabet həmişə taxdığı göz qamaşdıran brilyant tacları və mirvari sırğaları ilə nəcib bir üslub nümayiş etdirib. Ölümündən sonra kraliçanın zinət əşyalarının kimə miras qalması hər kəsin marağında olan suallardandır.
Kraliçanın istifadə etdiyi bəzi parçalar kraliyyət ailəsinə aid olsa da, onun milyonlarla funt sterlinq dəyərində şəxsi kolleksiyası da var. Mütəxəssis Maks Stounun "Daily Express"ə verdiyi məlumata görə, məsələn, almaz "Cullinan III və IV" broşunun dəyəri 50 milyon funt sterlinqdir.

"Page Six Style" a danışan "The Court Jeweller" yazarı Lauren Kiehna bildirib ki, kral daş-qaşlarının sahibliyi ilə bağlı hər hansı məlumat yoxdur:

"Çox güman ki, onların mirası haqqında öyrənə bilməyəcəyik. Kral vəsiyyətnamələri möhürlənib, ona görə də təlimat üçün sənədlərə baxa bilmirik".

Zərgərlik üzrə mütəxəssis bildirib ki, zinət əşyalarının kral ailəsinin müxtəlif üzvlərinə fərdi şəkildə verilməsini gözləməliyik:

"Düşünürəm ki, Kraliça nənəsi Kraliça Məryəmin və anası Kraliça Elizabetin izi ilə gedib və bütün ləl-cəvahiratlarını birbaşa yeni monarx Kral III Çarlza vəsiyyət edib".









AzVision.az



Teqlər:



Xəbər lenti