Davtyan İrəvanın anormal siyasətini tənqid etdi

   Davtyan İrəvanın anormal siyasətini tənqid etdi
  13 Sentyabr 2022    Oxunub:801
Xəbər verdiyimiz kimi Ermənistan ordusunun dünənki növbəti təxribatından sonra Azərbaycan Silahlı Qüvvələrinin ildırımsürətli cavab tədbirləri nəticəsində Laçın və Kəlbəcər istiqamətlərində düşmənin xeyli canlı qüvvəsi zərərsizləşdirilib.
Bu gün isə Ermənistan mediasında hakimiyyətin uğursuz hərbi gedişləri, təxribatlarını tənqid edən yazılar dərc olunmağa başlayıb. Məsələn, təhlükəsizlik məsələləri üzrə ekspert Vahe Davtyan yerli mediaya diqqətçəkən açıqlama verib. O qeyd edib ki, xalq uduzduğunu çoxdan etiraf edib.

- İndi bizə yeni, tamamilə yeni strategiya lazımdır. Hazırda hamımız bu işləri görürük - ağlamaq xarakterli nitqlər, xalq haqqında tostlar, sevimli sima alaraq müsahibələr vermək, "Facebook hərəkatı" və s. Bütün bunlarla yalnız nikolizm öz mövqeyini gücləndirə bilir. Hökumət çoxdan hər hansı inqilabi məqsəddən əl çəkib, yalnız öz bürokratik əsaslarını gücləndirməyə, kabinetlərə bağlanmağa və dövlətlə xalq arasında uçurumun dərinləşməsinə diqqət ayırır. Hakimiyyəti uzun müddətdir ki, nə tərəfdarlarının, nə də əleyhdarlarının fikirləri, ideyaları, gözləntiləri maraqlandırmayıb. Hakimiyyət bu gün fərqli reallıqda yaşayır. Və bizim reallıqlarımızla İrəvanın reallıqları toqquşmayana qədər, istər-istəməz biz nikolizm bayrağı altında yaşayacağıq, - ekspert gileylənib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti