"Atəşkəs Rusiyanın səyləri sayəsində əldə edildi" - Karasin

   "Atəşkəs Rusiyanın səyləri sayəsində əldə edildi" -    Karasin
  13 Sentyabr 2022    Oxunub:733
Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlardan danışıb.
AzVision.az xəbər verir ki, o, Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginliyi dayandırmaq üçün səhər saat 9:00-da atəşkəs elan edilməsini xatırladıb.

İbrahim Rəisi: "Ermənistanın təhlükəsizliyi İran üçün vacibdir"
Rusiya rəsmisi qeyd edib ki, buna Rusiyanın səylərindən, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbətdən sonra və Rusiya Xarici İşlər Nazirliyinin fəaliyyəti nəticəsində nail olunub.

- Axşam və gecə intensiv iş gedirdi, o cümlədən Rusiya Xarici İşlər Nazirliyi səviyyəsində... Məsələ eskalasiyanı dayandırmaq və sərhəd zonasında normal atmosfer yaratmaqdır", - Karasin deyib.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Rusiya   Azərbaycan  



Xəbər lenti