"Rusiyanın səyləri nəticəsində atəşkəs əldə olunub" - Karasin

    "Rusiyanın səyləri nəticəsində atəşkəs əldə olunub" -    Karasin
  13 Sentyabr 2022    Oxunub:855
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsini dayandırmaq üçün saat 9:00-da atəşkəs elan edilib.
AzVision.az xəbər verir ki, bu barədə Federasiya Şurasının beynəlxalq komitəsinin rəhbəri Qriqori Karasin bildirib.
O qeyd edib ki, buna Rusiyanın səyləri, o cümlədən Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbətdən sonra və Rusiya Xarici İşlər Nazirliyinin işi nəticəsində nail olunub.

“Axşam və gecə intensiv iş gedirdi, o cümlədən Rusiya Xarici İşlər Nazirliyi... Məsələ gərginləşməni dayandırmaq, sərhəd zonasında normal atmosfer yaratmaqdır”, - Karasin bildirib.

Onun sözlərinə görə, Paşinyan KTMT-yə üz tutduğuna görə vəziyyət nisbətən sakit, dinc kursa keçib: “qarşıda çox iş olacaq”,-deyə qeyd edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:



Xəbər lenti